Azərbaycan Dövlət Gömrük Komitəsi jurnalistlərdən ibarət xüsusi qiymətləndirmə qrupu yaradacaq

11:36 - 13.06.2018


13 iyun, Fineko/abc.az. Dövlət Gömrük Komitəsi jurnalistlərlə əməkdaşlığı genişləndirir.

Jurnalistlər üçün təşkil olunan “Azərbaycan gömrüyü - bu gün və sabahkı çağırışlar” seminarı zamanı Dövlət Gömrük Komitəsinin sədri Səfər Mehdiyev bildirib ki, xüsusi qrup, komitənin fəaliyyətini qiymətləndiriləcək.

“Hər il gömrük buraxılış məntəqələri təxminən 5,4 milyon  insana xidmət göstərir. Bu sahə maraqlı və əhəmiyyətli olmaqla yanaşı, həm də böyük məsuliyyət tələb edir. Komitənin fəaliyyətini qiymətləndirmək üçün ixtisaslaşdırılmış jurnalistlərdən ibarət bir qrup yaratmaq məqsədəuyğun olardı. Jurnalistlər yalnız bizim dəvətimizlə deyil, həm də öz təşəbbüsü ilə komitənin fəaliyyətini müşahidə edə və hətta günün müəyyən hissəsi  müddətində gömrük işçisi kimi işləyə bilərlər”, -  deyə S.Mehdiyev bildirib.

Onun sözlərinə görə, Dövlət Gömrük Komitəsi jurnalistlərin gömrük qanunvericiliyi sahəsində biliklərini dərinləşdirmək məqsədilə, onlar üçün xüsusi kurslar təşkil edir.

 

Bütün xəbərlər