İsrailə təyin olunmuş yeni səfirimiz kimdir?

15:40 - 11.01.2023


11 yanvar, Fineko/abc.az. Xəbər verildiyi ki, yanvarın 11-də Prezident İlham Əliyev İsrailə səfir təyin edib. Bu vəzifə Muxtar Məmməd oğlu Məmmədova həvalə edilib.

ABC.AZ xəbər verir ki, M.Məmmədov 1983-cü ildə Bakı şəhərində anadan olub.

2000-2004-cü illərdə Bakı Dövlət Universitetində Beynəlxalq münasibətlər ixtisası üzrə bakalavriat, 2006-2007-ci illərdə Belçikanın Avropa Kollecində Avropaşünaslıq ixtisası üzrə magistratura, 2015-2018-ci illərdə Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının Rəhbər kadrların yenidən hazırlanması fakültəsində "Dövlət qulluğunun təşkili və idarəedilməsi" ixtisası üzrə magistratura təhsili alıb.

2007-2008-ci illərdə Azərbaycan Respublikasının Silahlı Qüvvələrində həqiqi hərbi xidmət keçib.

2005-2013-cü illərdə Xarici İşlər Nazirliyində, o cümlədən 2009-2013-cü illərdə Azərbaycan Respublikasının Belçika Krallığındakı Səfirliyində müxtəlif diplomatik vəzifələrdə çalışıb.

2021-ci il aprelin 29-dan indiyədək elm və təhsil nazirinin müavini vəzifəsinə çalışırdı.

İngilis, rus və türk dillərini bilir.

Evlidir, iki övladı var.

Bütün xəbərlər