Azərbaycan sürücüləri ölkənin nəqliyyat infrastrukturuna 504,6 min manat dəyərində zərər vurdular

11:32 - 25.10.2017


Yanvar-sentyabr ayları ərzində  Bakının və regionların yollarında 403 yol-nəqliyyat hadisəsi baş verib.

“Azəravtoyol” ASC-dən verilən məlumata görə, yol-nəqliyyat hadisəsi nəticəsində, ölkə yol təsərrüfatına 504,6 min manat həcmində zərər dəymişdir.

“Bu məblğdən 285,3 min manat və ya 56,5% artıq ödənmişdir. Onlardan 235,8 min manat və ya 59,1% regionların, 49,5 min manatın və ya 46,7% isə paytaxtın payına düşür”, - xəbərdə belə deyilir.

 

Bütün xəbərlər