15:07 - 17.01.2023
17 yanvar, Fineko/abc.az. “2021-ci ildən etibarən yer təki sahələri hərrac vasitəsilə istifadəyə verilib”.
ABC.AZ xəbər verir ki, bunu Geoloji Kəşfiyyat Agentliyinin İdarə Heyətinin sədri Əli Əliyev jurnalistlər üçün keçirilən brifinqdə deyib.
O bildirib ki, 2021-ci ildə 84 yataq sahəsi, 2022-ci ildə isə 92 yataq sahəsi üzrə hərrac keçirilib:
“Hərracların keçirilməsində məqsəd ölkənin tikinti materiallarına olan daxili tələbatın ödənilməsi və bu sahədə azad rəqabət mühitinin formalaşdırılmasıdır. 90 qum-çınqıl, 56 əhəng-mişardaşı, 11 qum yağı, 5 gil yatağı və s. hərrac vasitəsilə istifadəyə verilib. 2023-cü ildə 8 yataq sahəsində hərrac keçirilib, fevral ayının 15-də daha 12 yataq sahəsində hərracın keçirilməsi planlaşdırılır”.
15 Oktyabr 2024
15 Oktyabr 2024
15 Oktyabr 2024
15 Oktyabr 2024
15 Oktyabr 2024
15 Oktyabr 2024
15 Oktyabr 2024
14 Oktyabr 2024
14 Oktyabr 2024
14 Oktyabr 2024
14 Oktyabr 2024
14 Oktyabr 2024
14 Oktyabr 2024
14 Oktyabr 2024
14 Oktyabr 2024