Ukraynanın daxili işlər naziri qəzaya düşdü - Həlak oldu

14:29 - 18.01.2023


18 yanvar, Fineko/abc.az. Kiyev vilayətinin Brovarı şəhərində helikopter uşaq bağçasının ərazisində qəzaya düşüb.

ABC.AZ xarici mətbuata istinadən xəbər verir ki, qəza nəticəsində helikopterdə olan Ukraynanın daxili işlər naziri Denis Monastırski və onun birinci müavini Yevgeni Yenin həlak olublar.

Xatırladaq ki, qəza nəticəsində 3-ü uşaq olmaqla 18 nəfər həlak olub. Daha 26 nəfər isə yaralanıb.

Qeyd edək ki, 42 yaşlı D. Monastırski 2021-ci ildə Ukraynanın daxili işlər naziri təyin edilib. Bununla yanaşı, qəzada DİN-in dövlət katibi Yuri Lubkoviç də həlak olub. Ukrayna DİN qəzanın mümkün səbəblərini açıqlayıb.

Bunlar sırasında isə helikopterdə nasazlığın olması, təhlükəsizlik tədbirlərinin pozulması və təxribat variantları var. Ukrayna Prezident Ofisindən bildirilib ki, Monastırski qaynar nöqtələrin birinə uçurmuş.


Bütün xəbərlər