Lavrov Laçın yolundakı vəziyyəti müzakirə edib

16:24 - 18.01.2023


18 yanvar, Fineko/abc.az. Mən ötən gün Azərbaycan xarici işlər naziri Ceyhun Bayramovla telefon danışığı aparmışam. Telefon danışığı zamanı Laçın yolundakı vəziyyəti müzakirə etdik.

ABC.AZ Apa-ya istinadən xəbər verir ki, bu barədə Rusiya xarici işlər naziri Sergey Lavrov ötən ilin yekunlarına həsr olunmuş mətbuat konfransında bildirib.

Onun sözlərinə görə, Rusiya, Azərbaycan və Ermənistan liderlərinin imzaladıqları 9 noyabr 2020-ci il tarixliüçtərəfli bəyanata əsasən, Laçın yolu yük maşınları, nəqliyyat vasitələri və mülki sakinlərin hərəkəti üçün açıq olmalıdır.

“Hesab edirəm ki, məsələ yaxın vaxtlarda həll olunacaq”, - Lavrov vurğulayıb.

Bütün xəbərlər