Ötən il əsas kapitala 18 milyard manatdan çox vəsait yönəldilib

12:06 - 19.01.2023


19 yanvar, Fineko/abc.az. 2022-ci ildə əsas kapitala 18 milyard 272,3 milyon manat məbləğində, yaxud 2021-ci illə müqayisədə 5,5 faiz çox vəsait yönəldilib.

Dövlət Statistika Komitəsindən ABC.AZ-a daxil olan məlumata görə, neft-qaz sektoruna yatırılmış investisiyaların həcmi 9,8 faiz azalıb, qeyri neft-qaz sektoruna yönəldilən vəsaitin həcmi isə 13,6 faiz artıb.

İstifadə olunmuş vəsaitin 10 milyard 611,3 milyon manatı və ya 58,1 faizi məhsul istehsalı sahələrinə, 6 milyard 735,6 milyon manatı (36,9 faizi) xidmət sahələrinə, 925,4 milyon manatı (5 faizi) isə yaşayış evlərinin tikintisinə sərf olunub.

Bütün xəbərlər