Türkiyədə Azərbaycan kapitallı şirkətlərin sayı artır

10:33 - 23.01.2023


23 yanvar, Fineko/abc.az. Keçən il Türkiyədə Azərbaycan kapitalı ilə 350 şirkət qeydiyyata alınıb ki, bu da 2021-ci ilin eyni dövrü ilə müqayisədə 113 şirkət çoxdur.

ABC.AZ xəbər verir ki, bu barədə TurkicWorld-a Türkiyə Ticarət və Sənaye Palatasından (TOBB) bildirilib.

Məlumatda qeyd olunur ki, hesabat dövründə qeydiyyata alınan Azərbaycan şirkətlərinin sayı ilə bərabər, onların ümumi kapıtalı da artıb.

“2022-ci ilin dekabr ayında Türkiyədə qeydiyyata alınan Azərbaycan şirkətlərinin məcmu kapitalı 164,6 milyon türk lirəsi olduğu halda, 2021-ci ilin eyni dövründə bu rəqəm 63,2 milyon lirə təşkil edib”- deyə TOBB-dan bildirilib.

Müəllif: Elmir Murad

Bütün xəbərlər