Sənaye zonalarında 5,2 milyard manatlıq məhsul istehsal edilib – 2 il ərzində

11:32 - 23.01.2023


23 yanvar, Fineko/abc.az. İqtisadi Zonaların İnkişafı Agentliyinin yaradılmasından 2 il keçir. Bu dövrdə Agentliyin idarəçiliyində olan sənaye zonalarında 30 sahibkarlıq subyektinə rezident statusu verilib.

ABC.AZ xəbər verir ki, bunu İqtisadiyyat naziri Mikayıl Cabbarov pzünün Tvitter hesabında yazıb.

O, bildirib ki, bu rezidentlər tərəfindən təxminən 5,2 mlrd. manatlıq məhsul istehsal edilib və bunun 1,9 mlrd. manat dəyərində olan hissəsi ixrac edilib.

Bütün xəbərlər