Qarabağda yaşamaq istəyən başqa rayon sakinləri Dövlət Komitəsinə müraciət edə bilər

14:15 - 25.01.2023


25 yanvar, Fineko/abc.az. Xəbər verdiyimiz kimi, Laçın şəhər, Zabux və Sus kənd sakinləri bu il torpaqlarına qaytarılacaq.

ABC.AZ xəbər verir ki, sözügedən ərazilərin sakinlərinin doğma yurda qayıdışı ilə bağlı Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi əməkdaşları tərəfindən keçirilən sorğu başa çatıb, kənd sakinlərinin böyük əksəriyyəti qayıtmaq niyyətində olduqlarını bildiriblər.

2023-cü ildə Laçın rayonun ilk sakinlərinin qayıdışı təmin ediləcək. Laçın şəhərinə 500 ailə, Zabux kəndinə 223, Sus kəndinə 73 ailənin qayıdışı həyata keçiriləcək. Bundan əlavə 450 ailə Şuşaya, 113 ailə isə Zəngilan rayonunun Ağalı kəndinə köçürüləcək. Köçürülmə mərhələli şəkildə icra ediləcək.

Məlumat üçün bildirək ki, işğaldan azad edilmiş ərazilərdə məskunlaşmaq istəyən vətəndaşlar bunun üçün ərizə ilə Qaçqınkoma müraciət etməli və hansı rayonda yaşamaq istədiyini bildirməlidir. Məcburi köçkünlərlə yanaşı digər şəxslər də Qarabağda yaşamaq üçün ərizə verə bilərlər. Bərpa və qurucluuq işləri tamamlandıqdan sonra mərhələli şəkildə insanların həmin ərazilərə yerləşdirilməsi baş tutacaq. Müraciətlərə baxılarkən ilkin olaraq məcburi köçkünlərin məskunlaşması baş tutacaq. İşğaldan azad edilmiş ərazilərdə məskunlaşacaq şəxslərə müavinətin verilməsi, məşğulluq probleminin həlli istiqamətində müəyyən güzəştlərin edilməsi də nəzərdə tutulub.

Bütün xəbərlər