Ödəniş kartlarının sayı 206 min ədəd artıb

16:20 - 25.01.2023


25 yanvar, Fineko/abc.az. Bank sistemi üzrə dövriyyədə olan ödəniş kartlarının sayı ötən il 206 min ədəd artaraq 13 milyon 257 min ədəd təşkil edib.

ABC.AZ Mərkəzi Banka istinadən xəbər verir ki, bu 2021-ci ilə nisbətən 20.1% çoxdur.

Məlumata görə, ödəniş kartlarında artım debet kartları üzrə 18.7%, kredit kartları üzrə 29.4% təşkil edib. Ötən ilin müvafiq dövrünə nəzərən əməkhaqqı kartlarının sayı 144 min, kredit kartları 414 min, digər kartlar isə 1.6 mln. ədəd artıb.

Ödəniş kartlarının artması nağdsız ödənişlərin həcminə müsbət təsir göstərib. Belə ki, ölkədaxili nağdsız əməliyyatların həcmi keçən ilin müvafiq dövrü ilə müqayisədə 2 dəfə artıb.

Bütün xəbərlər