16:59 - 25.01.2023
25 yanvar, Fineko/abc.az. Dövlətə məxsus "Azərbaycan İnvestisiya Şirkəti" ASC və "Star Mining" şirkəti "Shahbulaq Mining" adlı birgə şirkət təsis ediblər.
ABC.AZ xəbər verir ki, bunu Azərbaycanın İqtisadiyyat naziri Mikayıl Cabbarov Tvitter səhifəsində yazıb. Nazir qeyd edib ki, "StarMining" şirkəti işğaldan azad edilmiş ərazilərdə reallaşdırılacaq Şahbulaq daş karxanası layihəsinə dair müsabiqənin qalibidir.
"Hazırda Ağdam rayonunda yerləşən Şahbulaq yatağının ehtiyatının dəqiqləşdirilməsi məqsədilə geoloji tədqiqat işləri aparılır",- Nazir bildirib.
Nazirlik yanında Dövlət Vergi Xidməti "Şhahbulag Mining"i ötən il dekabrın 2-də dövlət qeydiyyatına alıb. Onun hüquqi ünvanı Bakı şəhəri, Yasamal rayonu, General İzzət Həmidov küçəsi, 31, məhəllə 3 161, nizamnamə kapitalı 10 min manat, qanuni təmsilçisi isə Rüstəm Ağalı oğlu Muxtarovdur.
Öhdəliklərin tərkibi və müddət strukturu uzunmüddətli aktivlərin yaradılmasını məhdudlaşdırır. Biznes və istehlak kreditlərinin əsas hissəsi 5 ilədək verilən kreditlər təşkil etdiyi halda, depozitlər isə əsasən 1-3 il arasında yerləşdirilib.
31 Mart 2023
31 Mart 2023
31 Mart 2023
31 Mart 2023
31 Mart 2023
31 Mart 2023
31 Mart 2023
31 Mart 2023
31 Mart 2023
31 Mart 2023
31 Mart 2023
31 Mart 2023
31 Mart 2023
31 Mart 2023
31 Mart 2023
30 Mart 2023
30 Mart 2023
30 Mart 2023
29 Mart 2023