Onların maaşı nə vaxt artacaq? – Deputatdan açıqlama

11:55 - 26.01.2023


26 yanvar, Fineko/abc.az. Səhiyyə Nazirliyinin tabeliyindəki müəssisələrin maaşları Vahid Tarif Cədvəli (VTC) ilə tənzimləndiyi üçün onların əmək haqqları yanvarın 1-dən etibarən artırılıb. Bununla bağlı, Nazirlər Kabineti tərəfindən qərar da qəbul olunub. Bundan sonra isə müəllimlərin maaş artımı ilə bağlı suallar yaranıb.

ABC.AZ “Qafqazinfo”ya istinadən xəbər verir ki, Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Vüqar Bayramov bildirib ki, bu aydan etibarən VTC dərəcələrində orta hesabla 15.0 faiz artım həmin işçilərin maaşlarına əlavə olunacaq.

Deputat qeyd edib ki, bütövlükdə, səhiyyə sektorunda bir sıra müəssisələr sahə nazirliyinə, digərləri isə TƏBİB-ə tabedir:

“Səhiyyə Nazirliyi tabeliyində olan müəssisələrdə çalışan və maaşları VTC ilə müəyyənləşən vətəndaşlarımızın əmək haqqları son artımlara aid olundu. Elm və Təhsil Nazirliyinin, həmçinin TƏBİB-in hər birinin ayrıca əmək haqqı sxemi var. Bu qurumlar maaş məbləği müəyyənləşən zaman əməyin məhsuldarlığı meyarına əsaslanmağa üstünlük verirlər. Bu sektorlarda təşkil edilən qiymətləndirmələr də məhz bununla bağlıdır: yüksək məhsuldarlığa daha çox ödəniş”.

Bütün xəbərlər