Dövlət başçısı evlərin sənədləşdirilməsi barədə müvafiq qərar verib - Deputat

12:12 - 26.01.2023


26 yanvar, Fineko/abc.az. Bakıda Zeytunluq adlanan ərazinin hansı rayona aid olduğu hələ də bilinmir.

ABC.AZ xəbər, bunu Milli Məclisin Aqrar siyasət komitəsinin iclasında deputat Eldar İbrahimov vurğulayıb.

O, bildirib ki, belə ərazilərdə tikilən evlərin hələ də sənədi yoxdur və sənədsiz evlərin sənədləşdirilməsi ilə bağlı məsələ həllini tapmalıdır:

“Dövlət başçısı da evlərin sənədləşdirilməsi barədə müvafiq qərar verib. Problemlər varsa, bunlar həllini tapmalıdır. 1996-cı ildə torpaq islahatı həyata keçsə də, hələ də bu sahədə problemlər qalır. Qanunlar da insanlara xidmət etməli, qanunların dili insanlar üçün anlaşılan olmalıdır”.

 

Bütün xəbərlər