Azərbaycanın bu ölkə ilə gömrük-buraxılış məntəqəsi açılacaq

10:39 - 27.01.2023


27 yanvar, Fineko/abc.az. Gürcüstanla Azərbaycan arasında “Laqodexi” gömrük-buraxılış məntəqəsi bu il açılacaq.

ABC.AZ xəbər verir ki, bunu Gürcüstanın maliyyə naziri Laşi Xuçsuşvili deyib.

O bildirib ki, hazırda Gürcüstan-Azərbaycan sərhədində 6 gömrük-buraxılış məntəqəsi fəaliyyət göstərir ki, onlardan biri dəmir yoluna aiddir.

Nazir əlavə edib ki, ölkənin sərhədlərində yerləşən digər gömrük-buraxılış məntəqələrində də təmir və infrastrukturun bərpası işləri aparılacaq.

Qeyd edək ki, “Laqodexi” gömrük-buraxılış məntəqəsi təmir səbəbindən bağlanmışdı. Azərbaycanda 2020-ci ilin martından quru sərhədləri bağlı olduğu üçün bu məntəqənin açılması onun istifadəyə veriləcəyi mənasına gəlmir.

Bütün xəbərlər