Hindistan və BƏƏ öz enerji şəbəkələrini birləşdirmək istəyirlər

10:56 - 27.01.2023


27 yanvar, Fineko/abc.az. Hindistan və Birləşmiş Ərəb Əmirlikləri öz enerji şəbəkələrini sualtı kabel vasitəsilə birləşdirmək niyyətindədirlər.

ABC.AZ xəbər verir ki, iki ölkə arasında sualtı kabelin çəkilişinə başlanacaq.

Hindistanın BƏƏ-dəki səfiri Sancay Sudxir bildirib ki, bu kabel vasitəsilə Hindistanın enerji şəbəkəsi Bəə ilə yanaşı, Fars körfəzinin daha 5 ölkəsinə qoşulacaq. Kabel vasitəsilə Hindistanda alınan günəş enerjisi ərəb ölkələrinə ixrac ediləcək.

Bütün xəbərlər