Bankların depozit portfeli dekabr ayında 2,7 faiz artıb

12:21 - 27.01.2023


27 yanvar, Fineko/abc.az. Xəbər verdiyimiz kimi, Mərkəzi Bank ötən il Bankların maliyyə və digər göstəriciləri barədə hesabat açıqlayıb.

ABC.AZ hesabata istinadən xəbər verir ki, sözügedən dövrdə    Bankların öhdəliklərin strukturunda depozit portfeli üstünlük təşkil edir (cəmi öhdəliklərin 81,5 faizi və ya 33 milyard 762,6 milyon manat).

Depozit portfeli dekabr ayında 2,7 faiz (901,7 milyon manat) artıb. Depozit portfelinin 66 faizini hüquqi şəxslərin depozitləri, 34 faizini fiziki şəxslərin depozitləri (əmanət portfeli) təşkil edir.

Bütün xəbərlər