İran XİN-indən səfirlikdəki terrorla bağlı açıqlama

16:06 - 27.01.2023


27 yanvar, Fineko/abc.az. İran Xarici İşlər Nazirliyi Azərbaycanın Tehrandakı səfirliyinə edilən silahlı hücumla bağlı açıqlama verib.

ABC.AZ xəbər verir ki, bu barədə məlumatı İranın Azərbaycandakı səfirliyi yayıb.

Məlumatda deyilir: “İran Xarici İşlər Nazirliyinin sözçüsü Nasir Kənani Azərbaycan Respublikasının Tehrandakı səfirliyinin girişində təəssüf ki, bir nəfərin ölümü ilə nəticələnən silahlı hadisəni kəskin şəkildə pisləyib.

Kənani bu səfirlik əməkdaşının ailəsinə, eləcə də Azərbaycan hökumətinə və xalqına dərin hüznlə başsağlığı verərək deyib: “Dərhal hadisəyə polis və təhlükəsizlik qüvvələri müdaxilə edərək, hücumçunu həbs edib və hal-hazırda dindirilir.”

Xarici İşlər Nazirliyinin sözçüsü daha sonra əlavə edib: “Ölkənin siyasi və təhlükəsizlik orqanlarının xüsusi göstərişi ilə hadisənin ölçülərini və hücum edənin motivini müəyyən etmək üçün yüksək prioritet və həssaslıqla məsələ araşdırılır.

Bütün xəbərlər