Neft ucuzlaşır, Brent bir barel üçün $86,11 təşkil edir

09:12 - 30.01.2023


30 yanvar, Fineko/abc.az. Bazar ertəsi keçirilən hərracda neftin etalon markalarını qiyməti aşağı düşür.

Londonun ICE Futures birjasında Brent markalı neftin aprel fyuçerslərinin dəyəri saat 09:10-da $0,29 (0,34%) azalaraq bir barel üçün $86,11-a düşüb. 26 yanvar ticarətinin nəticələrinə görə, Brent markalı neftin aprel fyuçersləri $0,88 (1,01%), bir barelə $86,40-a qədər ucuzlaşdı.

Saat 09:10-da Nyu-York əmtəə birjasının (NYMEX) elektron ticarətində mart ayı üçün WTI neft fyuçerslərinin dəyəri 0,29 dollar (0,36%) azalaraq bir barel üçün 79,39 dollara düşüb. 26 yanvar ticarətinin nəticələrinə görə, WTI neftinin mart fyuçerslərinin qiyməti $1,33 (1,64%), bir barelə $79,68-a düşdü.

Ötən həftənin nəticələrinə görə, Brent markalı neft 1,11%, WTI - 2,40% ucuzlaşıb.

 

Bütün xəbərlər