«İpək Yolu Sığorta» bu sığorta növündən imtina etdi

10:26 - 30.01.2023


30 yanvar, Fineko/abc.az. Azərbaycan Mərkəzi Bankı “İpək Yolu Sığorta” ASC-nin könüllü müraciəti əsasında, şirkətə “Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası” növü üzrə verilmiş icazənin ləğv edilməsi yolu ilə ona sığorta fəaliyyətinə verdiyi lisenziyanın qüvvəsini məhdudlaşdırıb.

ABC.AZ xəbər verir ki, bu barədə tənzimləyici qurumdan bildirilib.

Məlumata görə, “İpək Yolu Sığortanın müraciəti şirkətin malik olduğu mövcud insan, maliyyə və texnoloji resursları, eləcə də qarşıdakı dövrün inkişaf perspektivləri nəzərə alınmaqla qəbul edilən yeni biznes strategiyasına əsasən digər sığorta növlərinin inkişaf etdirilməsinin planlaşdırılması ilə əlaqədardır.

Ötən il “İpək Yolu Sığorta” avtomobillərin icbari sığortası üzrə 334 520 manat sığorta haqqı toplayıb ki, bu da həmin növ üzrə toplanılan sığorta haqlarının 0,3 %-ni təşkil edir.

Müəllif: Elmir Murad

Bütün xəbərlər