14:58 - 30.01.2023
30 yanvar, Fineko/abc.az. Ötən il Naxçıvan Muxtar Respublika üzrə 7 576 daşınmaz əmlak obyekti qeydiyyata alınıb.
ABC.AZ Muxtar Respublikanın Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Xidmətinə istinadən xəbər verir ki, ötən il ərzində Naxçıvan şəhəri üzrə 3 205, Şərur rayonu üzrə 1 592, Babək rayonu üzrə 1 110, Ordubad rayonu üzrə 486, Culfa rayonu üzrə 471, Şahbuz rayonu üzrə 324, Kəngərli rayonu üzrə 269, Sədərək rayonu üzrə 119, ümumilikdə muxtar respublika üzrə 7 576 daşınmaz əmlak obyekti qeydiyyata alınıb. Bunun 2 398 ilkin, 5 178 təkrar qeydiyyatdır.
Qeydiyyata alınmış daşınmaz əmlak obyektlərindən 2 770-i torpaq sahəsi, 1 573-ü mənzil, 2 983-ü fərdi yaşayış evi, 13-ü bağ evi, 104-ü qeyri-yaşayış binası, 107-si qeyri-yaşayış sahəsi və 26-sı əmlak kompleksidir.
9 Oktyabr 2024
9 Oktyabr 2024
9 Oktyabr 2024
9 Oktyabr 2024
9 Oktyabr 2024
9 Oktyabr 2024
9 Oktyabr 2024
9 Oktyabr 2024
7 Oktyabr 2024
7 Oktyabr 2024
7 Oktyabr 2024
7 Oktyabr 2024