15:06 - 30.01.2023
30 yanvar, Fineko/abc.az. Xəbər verdiyimiz kimi, ötən il Naxçıvan Muxtar Respublikası üzrə 7 576 daşınmaz əmlak obyekti qeydiyyata alınıb.
ABC.AZ xəbər verir ki, hesabat dövründə daxil olmuş müraciətlər əsasında 2 365 əmlaka dair texniki pasport, 3 341 torpaq sahəsinə dair plan-ölçü olmaqla, ümumilikdə 5 706 texniki sənəd tərtib edilib.
Bu da 2021-ci illə müqayisədə 0,2 % çoxdur. Hüquqi və fiziki şəxslərə daşınmaz əmlakın təsvirinə, bu əmlak üzərində dövlət reyestrində qeydiyyata alınmış hüquqlara və onların məhdudlaşdırılmasına dair 6 225 arayış verilib.
Ötən il ərzində 87 ailə təsərrüfatına məxsus həyətyanı təsərrüfat binaları sənədləşdirilib, təsərrüfat fəaliyyəti ilə əlaqədar 54 ailə təsərrüfatının icarəsinə verilmiş torpaq sahələri üzərində hüquqlar dövlət qeydiyyatına alınıb.
9 Oktyabr 2024
9 Oktyabr 2024
9 Oktyabr 2024
9 Oktyabr 2024
9 Oktyabr 2024
9 Oktyabr 2024
7 Oktyabr 2024
7 Oktyabr 2024
7 Oktyabr 2024
7 Oktyabr 2024