Azərbaycan Avropa üçün strateji tərəfdaşdır – Macarıstanı Baş naziri

11:13 - 31.01.2023


31 yanvar, Fineko/abc.az. "Azərbaycan artıq bütün Avropa üçün strateji tərəfdaşdır".

ABC.AZ xəbər verir ki, bunu Macarıstanın Baş naziri Viktor Orban Budapeştdə Azərbaycan Prezidenti İlham Əliyev ilə birgə mətbuata bəyanatında bildirib.

Onun sözlərinə görə, Azərbaycan ilə Macarıstanın rəhbərləri arasında keçirilən görüşlər hər zaman müstəsna əhəmiyyətə malikdir: "Cənab Prezident və mən 10 ildən artıqdır ki, bir yerdə çalışırıq, ölkələrimizi bir–birinə daha da yaxınlaşdırırıq, əməkdaşlığı dərinləşdiririk və hər iki ölkənin mövqeyinə uyğun səviyyəyə gətirməyə çalışırıq".

Azərbaycan Prezidenti ilə strateji məsələlərə dair müzakirələr aparıldığını deyən Baş nazir qeyd edib ki, bu günə qədər olan strateji əməkdaşlığımız növbəti səviyyəyə qaldırıldı.

Bütün xəbərlər