Philips şirkəti 6000 işçisini ixtisar edəcək

11:43 - 31.01.2023


31 yanvar, Fineko/abc.az. “Philips” şirkəti itkiləri fonunda 2025-ci ilə qədər 6000 işçisini işdən çıxaracaq.

ABC.AZ xəbər verir ki, tibbi avadanlıq və məişət texnikası bazarında dünya lideri olan “Royal Philips” altı min əməkdaşını ixtisar edəcək - şirkət ixtisar prosesini 2025-ci ilə qədər başa çatdırmağı planlaşdırır.

Şirkət açıqlayıb ki, bu qərarına səbəbi üzləşdiyi itkilərdir.

Belə ki, “Philips”in buraxdığı avadanlıqların bir hissəsi qüsurlu olub və şirkəts böyük itkilərdə üzləşib.

Yuxuda tənəffüs pozğunluğu olan xəstələr üçün lazım olan qüsurlu ventilyatorların böyük partiyasını geri çağırması səbəbindən şirkətin itkiləri kəskin artıb.

 

Bütün xəbərlər