Gəncə Şəhər Birləşmiş Xəstəxanasının direktoru işdən çıxarılıb

12:15 - 31.01.2023


31 yanvar, Fineko/abc.az. Gəncə Şəhər Birləşmiş Xəstəxanasının direktoru Nazim Əhmədov vəzifəsindən azad edilib.

ABC.AZ Report-a istinadən xəbər verir ki, bununla bağlı müvafiq qərar qəbul olunub.

Onun yerinə hələ yeni təyinat yoxdur.

Qeyd edək ki, Nazim Məmməd oğlu Əhmədov 2018-ci ildən bu vəzifədə çalışırdı.

Bütün xəbərlər