Valyuta hərracında banklar 29,5 milyon dollar alıb

12:42 - 31.01.2023


31 yanvar, Fineko/abc.az. Azərbaycan Mərkəzi Bankı (AMB) Dövlət Neft Fondunun iştirakı ilə valyuta hərracı keçirib.

AMB-nin məlumatında deyilir ki, 31 yanvar 2023-cü il tarixində keçirilmiş valyuta hərracında bankların tələbi 29,5 milyon dollar təşkil edib və tam təmin edilib.

Hərracın yekunlarına əsasən manatın ortaçəkili məzənnəsi 1,7000 AZN / USD səviyyəsində formalaşıb.

Əvvəlki iki valyuta hərracında, 24 və 26 yanvar tarixlərində banklar xarici valyuta almaq üçün müraciət etmədilər.

AMB 19 yanvar 2023-cü il hərracında banklara 1,5 milyon dollar, 17 yanvar hərracında 18,7 milyon dollar, 12 yanvarda 35 milyon dollar, 10 yanvarda 51,2 milyon dollar, 5 yanvarda 52,7 milyon dollar valyuta satdı.

2023-cü ilin yanvar ayında valyuta hərraclarında banklara 188,6 milyon dollar dəyərində valyuta satıldı ki, bu da 2022-ci ilin yanvarından 74% azdır.

Bütün xəbərlər