Ötən il 68 yeni dövlət standartı qəbul edilib

17:15 - 31.01.2023


31 yanvar, Fineko/abc.az. Ötən il Azərbaycanda istehlakçı hüquqlarının müdafiəsi və istehlak bazarına nəzarət sahəsində İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinə daxil olan 5 570 müraciətə baxılıb və bunlardan 2 260 müraciət təmin olunub.

ABC.AZ xəbər verir ki, bunu İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin rəisi Məmməd Abbasbəyli qurumun 2022-ci ilin yekunlarına həsr olunmuş mətbuat konfransında deyib.

"Nəticədə, qanun pozuntusuna yol vermiş təsərrüfat subyektləri tərəfindən istehlakçılara 318 min manat vəsait geri qaytarılıb, 20 min manatadək dəymiş zərər ödənilib. Daxil olmuş vətəndaş müraciətinin araşdırılması zamanı təqdim olunmuş sübutlara əsasən 12 hüquqi, 3 fiziki şəxs barəsində inzibati xəta haqqında protokol tərtib edilib", - M.Abbasbəyli əlavə edib.

Ötən il sahibkarlara 61 mindən çox malın mənşə ölkəsini təsdiq edən sertifikat verilib

Məmməd Abbasbəyli  bildirib ki, 2022-ci il ərzində sahibkarlıq subyektlərinə 61 mindən çox malın mənşə ölkəsini təsdiq edən sertifikat verilib.

Onun sözlərinə görə, ötən ildə Azərbaycan Standartlaşdırma İnstitutu (AZSTAND) tərəfindən 68 yeni dövlət standartı qəbul edilib.

Bütün xəbərlər