“Fiber Karton” MMC-yə qarşı protokol tərtib edildi

17:22 - 31.01.2023


31 yanvar, Fineko/abc.az. “Fiber Karton” MMC-yə yol hərəkəti qaydaları əleyhinə olan (Nəqliyyat vasitəsinin istifadəçisi barədə məlumat verilməməsi) inzibati xəta protokolu tərtib olunub.

ABC.AZ xəbər verir ki, protokol İnzibati Xətalar Məcəlləsinin 347-ci maddəsi ilə irəli sürülüb.

İnzibati Xətalar Məcəlləsinin 347-ci  maddəsinə görə hüquqi şəxsin mülkiyyətində və ya istifadəsində, yaxud dövlət qurumunun istifadəsində olan nəqliyyat vasitəsini inzibati xətanın törədilməsi zamanı idarə etmiş fiziki şəxs haqqında məlumatın səlahiyyətli orqanın (vəzifəli şəxsin) bu barədə sorğusu daxil olduğu vaxtdan 5 gün müddətində verilməməsinə görə vəzifəli şəxslər 150 manat məbləğində, hüquqi şəxslər 300 manat məbləğində cərimə edilir.

İcraatda olan işə Abşeron Rayon Məhkəməsində Sevinc Quliyeva hakim təyin edilib.

Bütün xəbərlər