Mərkəzi Bank uçot dərəcəsini 8,5%-ə qaldırdı

10:23 - 1.02.2023


1 fevral, Fineko/abc.az. Azərbaycan Mərkəzi Bankı bu il ilk dəfə uçot dərəcəsini 0,25 faiz bəndi artıraraq 8,5%-ə çatdırıb.

ABC.AZ xəbər verir ki, faiz dəhlizinin aşağı həddi 0,5 faiz bəndi artırılaraq 6,75%-ə, faiz dəhlizinin yuxarı həddi 0,25 faiz bəndi artırılaraq 9,5%-ə çatdırılıb.

Qərar 1 fevral 2023-cü il tarixindən qüvvəyə minir.

Ötən dəfə Mərkəzi Bank uçot dərəcəsini 16 dekabr 2022-ci ildə 0,25 faiz bəndi artıraraq 8,25%-ə çatdırmışdır.

Bütün xəbərlər