AZAL Bakı-Vyana-Bakı marşrutuna start verir

14:14 - 1.02.2023


1 fevral, Fineko/abc.az. Azərbaycanın milli aviadaşıyıcısı (AZAL) Avropa istiqamətləri üzrə uçuşları artırmaqda davam edir və mayın 2-dən etibarən yeni Bakı-Vyana-Bakı marşrutuna start verir.

Bu barədə ABC.AZ-a “Azərbaycan Hava Yolları” QSC-nin mətbuat xidmətindən məlumat verilib. Bildirilib ki, bu marşrut üzrə uçuşlar həftədə iki dəfə - çərşənbə axşamı və cümə günü yerinə yetiriləcək.

Avstriyanın paytaxtı Vyana yüksək turist cəlbediciliyinə malik bir şəhərdir və Avropanın mədəni, tarixi mərkəzi hesab olunur.

Uçuş cədvəli ilə daha ətraflı aviaşirkətin rəsmi azal.az saytında tanış ola bilərsiniz. Biletləri, həmçinin AZAL mobil tətbiqi vasitəsilə əldə etmək mümkündür.

 

Bütün xəbərlər