Azərbaycan ən çox bu ölkələrə qeyri-neft sektoruna aid mallar satıb - Hesabat

15:47 - 1.02.2023


1 fevral, Fineko/abc.az. 2022-ci ilin yanvar-dekabr ayları ərzində kimya sənayesi məhsullarının ixracı 57,7%, qara metallar və onlardan hazırlanan məmulatların ixracı 17,5%, alüminium və ondan hazırlanan məmulatların ixracı 15,4%, çay ixracı isə 35,6% artıb.

ABC.AZ xəbər verir ki, sözügedən siyahı “İxrac İcmalı”nın dekabr sayında yer alıb.

Sözügedən sayda o da vurğulanıb ki, 2022-ci ilin dekabr ayında qeyri-neft sektoruna aid ən çox mal ixrac edilən ölkələrin siyahısında Rusiya Federasiyası (107,7 milyon ABŞ dolları) birinciliyə yüksəlib. Bu siyahıda Türkiyə (55,4 milyon ABŞ dolları) ikinci və İsveçrə (31,9 milyon ABŞ dolları) üçüncü olub.

Bütün xəbərlər