Sığorta agentləri üçün daha bir QADAĞA

10:06 - 2.02.2023


2 fevral, Fineko/abc.az. Azərbaycanın sığorta bazarında sığorta vasitəçiləri – agentlərə qarşı daha bir xoşagəlməz yenilik baş verib.

ABC.AZ xəbər verir ki, icbari sığorta xidməti göstərən şirkətlər sığorta agentlərinə bildiriblər ki, fevralın 1-dən etibarən mühərrikinin həcmi 3 litrədək olan avtomobillər üçün sığorta agenti komissiya ödənişi edilməyəcək.

Nəticədə sığorta agentləri yalnız mühərrikinin həcmi 3 litrdən artıq olan avtomobillərə görə ödəniş ala biləcəklər.

Xatırladaq ki, indiyədək təqribən 1 il ərzində belə qadağa mühərrikinin həcmi 2 litrə qədər olan avtomobillər üçün tətbiq edilirdi.

Bütün xəbərlər