Vardanyan Azərbaycan qazının Avropaya nəqlinə təhlükə yarada bilər – Forbes

10:21 - 2.02.2023


2 fevral, Fineko/abc.az. “Fobes” jurnalında Avropanın enerji təhlükəsizliyi ilə bağlı problemlərin həllində Azərbaycanın mühüm rolundan, eləcə də Azərbaycandan enerji ehtiyatlarının tədarükünə təhlükə yarada biləcək amillərdən bəhs edən məqalə dərc olunub.

ABC.AZ xəbər verir ki, məqalədə enerji böhranının nəticələrinin yumşaldılmasına baxmayaraq, Avropanın hələ də bu sahədə müəyyən çətinliklərlə üzləşdiyi qeyd edilib.

"Avropa enerji böhranından tam çıxmayıb, siyasi risklər hələ də qalmaqdadır", - deyə müəllif yazıb.

Müəllif erməni əsilli qaçaq rusiyalı milyarder Ruben Vardanyanı regionda sabitliyi pozan amil hesab edir. Bildirir ki, bu da Azərbaycan qazının Avropaya nəqlinə təhlükə yarada bilər. Məqalədə deyilir ki, Vardanyan Azərbaycana məxsus qızıl, mis və molibden mədənlərini talayır. "Jamestown Foundation" fondunun baş əməkdaşı Yanuş Buqayski yanvarın 27-də “The Hill”də yazıb ki, Vardanyan saxta rəqəmlərlə sabitliyi pozmağa və vəziyyəti manipulyasiya etməyə çalışır.

Bütün xəbərlər