Forbes hesab edir ki, Tehran Azərbaycanın Avropaya qaz satmasından narahatdır

10:29 - 2.02.2023


2 fevral, Fineko/abc.az. Xəbər verdiyimiz kimi, “Fobes” jurnalında Azərbaycanın qaz ixracı, Avropanın qaz təchizatındakı rolu ilə bağlı məqalə dərc edilib.

ABC.AZ xəbər verir ki, sözügedən məqalədə İranın Azərbaycanın Avropaya enerji təchizatı üçün əsas təhlükələrdən biri olduğu qeyd edilib.

"Tehranın Azərbaycanla öz problemləri var. Birincisi, İran Azərbaycanla İsrail arasında sıx diplomatik münasibətlərin olmasını qəbul edə bilməz. Bundan əlavə, "Jamestown Foundation" fondu payızda dərc etdiyi təhlilə əsasən, Tehran İran və Ermənistanı birləşdirən ərazidən keçəcək Zəngəzur dəhlizinin açılmasının əleyhinədir. Ötən həftə İslam İnqilabı Keşikçiləri Korpusu Azərbaycana "videoxəbərdarlıq" - İran bayraqları ilə sərhəddə dayanan hərbi geyimli uşaqların videogörüntüsünü yayıb", - deyə materialda bildirilib.

Məqalədə yanvarın 27-də Azərbaycanın İrandakı səfirliyində törədilmiş terror aktından bəhs edilir

Bütün xəbərlər