Bakıda gübrə terminalı bu il istifadəyə veriləcək

14:15 - 2.02.2023


2 fevral, Fineko/abc.az. "Bakı Beynəlxalq Dəniz Ticarət Limanı”nda gübrə terminalı bu ilin ikinci rübündən sonra istifadəyə veriləcək.

ABC.AZ Apa-ya istinadən xəbər verir ki, bunu  Bakı Limanının Strateji Planlama və İnkişaf Departamentinin müdiri Xudayar Həsənli bildirib.

“Gübrə terminalının yaradılması çərçivəsində tikinti işləri ilin birinci rübündə başa çatacaq və bundan sonra test işləri aparılacaq. Tam şəkildə yüklərin qəbuluna ilin ikinci rübündən sonra başlanılacaq”, - deyə Xudayar Həsənli qeyd edib.

Onun sözlərinə görə, terminalın illik gücü 2,5 mln. ton olacaq. Bu terminalın tikintisi ilə qısa və ortamüddətli perspektivdə 2 mln. ton üzərində yüklərin cəlb olunması proqnozlaşdırılır.

“Biz ildə 1 mln. ton civarında gübrə məhsulları aşırırıq, amma yeni terminal istifadəyə verildikdən sonra daha çox gübrə aşırmaq imkanımız olacaq. Hazırda sadəcə Türkmənistan gübrəsini açıq səpkili formada qəbul ediriksə, terminal işə salındıqdan sonra digər Orta Asiya ölkələrindən məhsullar, məsələn, Qazaxıstan gübrəsini də cəlb etməyi düşünürük. Bu istiqamətdə də işlər aparırıq”, - Departamet rəhbəri vurğulayıb.

Bütün xəbərlər