“Yelo Bank”ın kredit portfeli kəskin artıb- Hesabat

14:23 - 2.02.2023


2 fevral, Fineko/abc.az. “Yelo Bank”ın kredit portfeli 2022-ci ildə kəskin artıb. Bununla yanaşı, portfeldə biznes kreditlərinin payı nrekord həddə çatıb.

ABC.AZ Bankın hesabatına istinadən xəbər verir ki, 2022-ci ilin sonuna bankın kredit portfeli 621 milyon 949 min manata çatıb.

Bu əvvəlki ilin sonu ilə müqayisədə 175,9 milyon manat və ya 39,4% çox deməkdir. Belə ki, 2021-ci ilin sonunda bankın ümumi kredit portfeli 446 milyon manat olmuşdu.

Bu dövrdə “Yelo Bank”ın kredit portfelində ən böyük artım bankın biznes kreditlərində qeydə alınıb. Belə ki, 2022-ci ilin sonuna bankın biznes kreditləri 137,3 milyon manat və ya 53,1% artmaqla 258 milyon 662 min manatdan 396 milyon manata qalxıb.

Müəllif: Elmir Murad

Bütün xəbərlər