İqtisadi Zonaların İnkişafı Agentliyində hazırda 50-dək layihəyə baxılır

14:34 - 2.02.2023


2 fevral, Fineko/abc.az. Sənaye zonalarında sahibkarlar üçün yaradılmış əlverişli mühit investisiya cəlbediciliyini daha da artırır. Bunun nəticəsidir ki, İqtisadi Zonaların İnkişafı Agentliyində hazırda 50-dək layihəyə baxılır.

ABC.AZ xəbər verir ki, bunu İqtisadi Zonaların İnkişafı Agentliyinin İdarə Heyətinin sədri Elşad Nuriyev bildirib.

Qeyd edək ki, sənaye parklarının rezidentləri qeydiyyata alındıqları tarixdən 10 il müddətinə əmlak vergisindən, torpaq vergisindən, gəlir və ya mənfəət vergisindən, istehsal məqsədilə idxal etdikləri texnikanın, texnoloji avadanlıqların və qurğuların idxalı zamanı ƏDV-dən və 10 il müddətinə gömrük rüsumlarından azad olunurlar.

Bütün xəbərlər