11:23 - 3 Fevral 2023
3 fevral, Fineko/abc.az. Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində Azərbaycan Respublikası Dövlət Neft Şirkəti (SOCAR) ilə Səudiyyə Ərəbistanı Krallığının “ACWA Power” şirkəti arasında əməkdaşlıq haqqında saziş imzalanıb.
SOCAR-dan ABC.AZ-a bildirilib ki, Azərbaycanda 2030-cu ilə qədər elektrik enerjisi istehsalı gücündə bərpa olunan enerji mənbələrinin payının 30 faizə çatdırılması, həmçinin istixana qazı emissiyalarının 2050-ci ilə qədər 40 faizədək azaldılması hədəflənir.
Sözügedən saziş Azərbaycanda istixana qazı emissiyalarının azaldılmasına, bərpa olunan enerji mənbələrinin və ölkənin davamlı iqtisadi inkişafına imkan yaradacaq.
Bərpa olunan enerji sahəsində Səudiyyə Ərəbistanı Krallığının nüfuzlu şirkəti olan “ACWA Power” hazırda Azərbaycanda 240 MVt gücündə külək elektrik stansiyası layihəsini icra edir. Stansiyanın hər il bir milyard kilovat-saat elektrik enerjisi istehsal etməklə, təqribən 220 milyon kub metr qazın qənaət edilməsinə və atmosferə atılan tullantıların ildə 400 000 tondan çox azaldılmasına imkan yaradacağı nəzərdə tutulur.
17 mart, Fineko/abc.az. Hesabat ilində əhalinin sosial müdafiəsinin gücləndirilməsi istiqamətində əmək haqlarının, əmək pensiyalarının, sosial müavinətlərin və təqaüdlərin, xüsusən də aztəminatlı təbəqənin sosial ödənişlərinin artırılması ilə bağlı bir sıra mühüm qərarlar qəbul olunub.
17 Mart 2023
Heydər Əliyev adına Neft Emalı Zavodunda (NEZ) həyata keçirilən yenidənqurma və modernləşdirmə layihəsi çərçivəsində nəzərdə tutulan yeni qurğuların tikintisi 93%, modernləşdiriləcək qurğuların tikintisi isə 99% yerinə yetirilib.
17 Mart 2023
Bakıda parklanma yerlərinin az olması yollarda bir çox problemlər yaradır. Bakıda parklanma yerlərinin az olması yollarda bir çox problemlər yaradır. Bunun nəticəsidir ki, sürücülər avtobillərini bir çox hallarda zolaqların birində saxlayırlar.
17 Mart 2023
17 Mart 2023
17 Mart 2023
17 Mart 2023
17 Mart 2023
17 Mart 2023
17 Mart 2023
17 Mart 2023
17 Mart 2023
17 Mart 2023
17 Mart 2023
17 Mart 2023
17 Mart 2023
17 Mart 2023
17 Mart 2023
17 Mart 2023
17 Mart 2023
17 Mart 2023
17 Mart 2023
16 Mart 2023
16 Mart 2023