Aİ Şengen vizalarını onlayn verməyi planlaşdırır

11:46 - 3.02.2023


3 fevral, Fineko/abc.az. Avropa İttifaqı Şengen vizası üçün müraciətlərin qəbulu üçün onlayn platforma yaradacaq.

ABC.AZ xarici mətbuata istinadla xəbər verir ki, şengen vizalarının tam rəqəmləşdirilməsi ilə bağlı qanun layihəsi Avropa Parlamentinin Daxili İşlər Komitəsi tərəfindən dəstəklənib.

Təşəbbüs vahid ümumavropa viza platformasının yaradılmasını və pasportda kağız vizanın rəqəmsal viza ilə - onu verən ölkənin İmza Sertifikatlaşdırma Təşkilatı (CSCA) tərəfindən kriptoqrafik şəkildə imzalanmış 2D ştrix-kod ilə əvəz edilməsini nəzərdə tutur.

Planlaşdırılır ki, yeni platforma 2026-cı ildə Şengen zonasının 27 ölkəsini birləşdirəcək və 2031-ci ildən tam şəkildə işə başlayacaq.

 

Bütün xəbərlər