Rumıniya Prezidenti: Xəzər qazının əlavə həcmlərinin alınmasında çox maraqlıyıq

12:24 - 3 Fevral 2023


3 fevral, Fineko/abc.az. 2022-ci ilin iyulunda Avropa İttifaqı ilə Azərbaycan arasında enerji sahəsində Strateji Tərəfdaşlığa dair Anlaşma Memorandumunun imzalanması Cənub Qaz Dəhlizinin Avropa İttifaqının şaxələndirmə strategiyasının əsas komponenti kimi rolunun gücləndirilməsinə yol açır.

ABC.AZ xəbər verir ki, bunu Rumıniya Prezidenti Klaus Yohannis fevralın 3-də Bakıda Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində keçirilən nazirlərin 9-cu və Yaşıl Enerji Məşvərət Şurası çərçivəsində nazirlərin 1-ci iclaslarında çıxışında deyib.

Klaus Yohannisin sözlərinə görə, Rumıniya Avropanın enerji tələbatlarının qarşılanmasında Azərbaycana və Cənub Qaz Dəhlizinə mühüm töhfəsini verdi və bunu etiraf etdi.

“Rumıniya Mərkəzi və Cənub Şərqi Avropada yeni bazarlara doğru dəhlizin inkişafına və genişləndirilməsinə yönəlmiş səylərə qoşulmaqda öz davamlı öhdəliyini qeyd edir. Biz artan milli istehlakımızı əhatə etmək üçün Xəzər qazının əlavə həcmlərinin alınmasında çox maraqlıyıq”, - deyə Rumıniya Prezidenti vurğulayıb.