“Milla”nın 9 ton məhsulu məhv edildi – Vaxtı keçmiş olub

16:18 - 6.02.2023


6 fevral, Fineko/abc.az. Qida Təhlükəsizliyi Agentliyi (AQTA) istehlakçı hüquqlarının qorunması və qida təhlükəsizliyinin təmin edilməsi üçün müvafiq tədbirlər görür, həmçinin bu istiqamətdə sahibkarlıq subyektləri ilə birgə əməkdaşlığı davam etdirir.

ABC.AZ bu barədə AQTA-ya istinadən xəbər verir.

İstehlaka yararsız və istifadə müddəti bitmiş qida məhsullarının məhv edilməsi ilə bağlı Agentliyə daxil olan müraciət əsasında, “AZ FP CO LTD” MMC-yə məxsus 73 adda 9 ton müxtəlif növ süd məhsulu, “Sun Food” MMC-yə məxsus ümumi çəkisi 20.95 ton müxtəlif növ qida məhsulu “EkoSum” MMC-nin tullantıların zərərsizləşdirilməsi poliqonunda məhv edilib.

Bütün xəbərlər