Sahibkarın 3 şirkəti ləğv edilir

16:42 - 6 Fevral 2023


6 fevral, Fineko/abc.az. Bakıda eyni şəxsə məxsus 3 şirkət ləğv edilir.

ABC.AZ xəbər verir ki, bu şirkətlər “Floorella” MMC, “Silver-ST” MMC və “Mercury İnt” MMC-dir.

Keditorlar hər üç şirkət üzrə  iki ay ərzində tələblərini AZ1063 Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan ŞTQ, 28 May küçəsi̇ (Lökbatan), ev 32, mənzil 35 ünvanına bildirə bilərlər.

Məlumat üçün qeyd edək ki, "Florella" MMC (VÖEN: 1100945531) 06.08.2013-cü ildə dövlət qeydiyyatına alınıb. Şirkətin nizamnamə kapitalı 10 manatdır.

Qeyd edək ki, hər üç şirkətin qanuni təmsilçisi Vaqif Əliyev Mirzə oğludur.