"Aqro-Vest DC" MMC şirkəti məhkəməlik oldu

14:58 - 7.02.2023


7 fevral, Fineko/abc.az. "Aqro-Vest DC" MMC barəsində gömrük qaydaları əleyhinə olan inzibati xəta protokolu tərtib edilib.

ABC.AZ xəbər verir ki, bu protokol İnzibati Xətalar Məcəlləsinin 485.2-ci maddəsi ilə iddası ilə irəli sürülüb.

Qeyd edək ki, İnzibati Xətalar Məcəlləsinin 485.2-ci maddəsinə görə, Gömrük Məcəlləsi ilə müəyyən edilmiş hallarda qısa idxal bəyannaməsinin mallar gömrük ərazisinə gətirilməzdən əvvəl elektron formada verilməməsinə görə  vəzifəli şəxslər 1 000 manat məbləğində, hüquqi şəxslər 1 500 manat məbləğində cərimə edilir.

İcraatda olan işə Bakı Sabunçu Nərimanov rayon Məhkəməsində baxılır. İddia  hakim Mirheydər Zeynalovun  sədrliyi ilə araşdırılacaq.

 

Bütün xəbərlər