Ərdoğan Prezident İlham Əliyevə təşəkkür edib

17:05 - 8.02.2023


8 fevral, Fineko/abc.az. Türkiyə Prezidenti Rəcəb Tayyip Ərdoğan Azərbaycan Prezidenti İlham Əliyevə təşəkkür edib.

ABC.AZ xəbər verir ki, bu Türkiyə Prezidenti Rəcəb Tayyip Ərdoğanla İlham Əliyev arasındakı telefon söhbəti zamanı dilə gətirilib.

"İlham Əliyev qardaşımla da telefonla danışdım. Biz necə Qarabağ müharibəsində qardaşlarımızın yanında olduqsa, Türkiyədəki fəlakətdə də İlham qardaşım bütün komandası ilə bizim yanımızda yer aldı. Şəxsən öz adımdan başda İlham Əliyev olmaqla burada çalışan heyətə təşəkkür edirəm", - deyə, Ərdoğan Ərdoğan Kahramanmaraşda Azərbaycan xilasedicilərinin axtarış-xilasetmə işləri ilə tanış olarkən vurğulayıb.

Xatırladaq ki, fevralın 6-da Türkiyədə 7,7 maqnitudalı zəlzələ olub. Son məlumatlara görə, nəticədə 8574 nəfər ölüb, 49 133 nəfər yaralanıb.

Bütün xəbərlər