14:02 - 9 Fevral 2023
9 fevral, Fineko/abc.az. Fövqəladə Hallar Nazirliyinin (FHN) Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyinin rəis müavini Elxan Əsədov Bakının relyefi və tektonik quruluşunun 9 mərtəbədən yuxarı binaların tikintisinə imkan vermədiyi barədə fikirlərin əsassız olduğunu bildirib.
ABC.AZ Apa-ya istinadən xəbər verir ki, Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyinin rəis müavini deyib ki, 2010-cu ilə qədər ölkə ərazisində 39 metrə qədər rabitəli dəmir-beton karkas binaların tikilməsinə icazə verilirdi:
“Tikinti normaları təkmilləşdirildikdən sonra artıq 58 metr hündürlüyündə rabitəli dəmir-beton monolit karkas binaların tikintisinə icazə verilir. Bu gün hətta Azərbaycanda metal konstruksiyalar tətbiq etməklə 75 metr və daha hündür binaları da tikmək olar. Texniki baxımdan burada heç bir maneə yoxdur. Təki, hər şey norma və qaydalar çərçivəsində həyata keçirilsin. Geoloqlar ərazidə işlədikdən sonra müəyyənləşdirir ki, ərazidə hansı bala uyğun bina tikilməlidir. Artıq onun neçə mərtəbəli olmasının fərqi yoxdur. Əgər baş plan imkan verirsə, layihəçi 20-30, hətta 40-50 mərtəbəli bina da layihələndirsə, bunu tələb olunan bala hesablamalıdır. Bakıda yüksəkmərtəbəli binaların tikintisinə harada icazə verilib-verilməməsinə şəhərsalma nöqteyi-nəzərindən baxılır. Texniki baxımdan isə əgər layihələndirmə düzgün aparılıbsa və tikinti də layihəyə uyğun həyata keçirilibsə, bunun heç bir qorxusu yoxdur. Ötən illərdə Yaponiyada baş vermiş zəlzələ yəqin ki, yadınızdadır. 9 bala yaxın bir zəlzələ baş verdi və gördüyünüz kimi, ərazidə 70-90 mərtəbəli binaların heç biri uçmadı”.
17 mart, Fineko/abc.az. Hesabat ilində əhalinin sosial müdafiəsinin gücləndirilməsi istiqamətində əmək haqlarının, əmək pensiyalarının, sosial müavinətlərin və təqaüdlərin, xüsusən də aztəminatlı təbəqənin sosial ödənişlərinin artırılması ilə bağlı bir sıra mühüm qərarlar qəbul olunub.
17 Mart 2023
Heydər Əliyev adına Neft Emalı Zavodunda (NEZ) həyata keçirilən yenidənqurma və modernləşdirmə layihəsi çərçivəsində nəzərdə tutulan yeni qurğuların tikintisi 93%, modernləşdiriləcək qurğuların tikintisi isə 99% yerinə yetirilib.
17 Mart 2023
Bakıda parklanma yerlərinin az olması yollarda bir çox problemlər yaradır. Bakıda parklanma yerlərinin az olması yollarda bir çox problemlər yaradır. Bunun nəticəsidir ki, sürücülər avtobillərini bir çox hallarda zolaqların birində saxlayırlar.
17 Mart 2023
17 Mart 2023
17 Mart 2023
17 Mart 2023
17 Mart 2023
17 Mart 2023
17 Mart 2023
17 Mart 2023
17 Mart 2023
17 Mart 2023
17 Mart 2023
17 Mart 2023
17 Mart 2023
17 Mart 2023
17 Mart 2023
17 Mart 2023
17 Mart 2023
17 Mart 2023
17 Mart 2023
16 Mart 2023
16 Mart 2023