İndiyədək Azərbaycanda 1 566 səhmdar cəmiyyət yaradılıb

15:19 - 9.02.2023


9 fevral, Fineko/abc.az. Bu günə qədər Azərbaycanda 1 566 səhmdar cəmiyyət yaradılıb və keçən ilin sonuna qədər bunların 1 476-sı tam özəlləşdirilib.

ABC.AZ xəbər verir ki, bunu İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin rəisi Mətin Eynullayev Xidmətin 2022-ci il üzrə fəaliyyəti və bu il qarşıda duran vəzifələrə dair mətbuat konfransında deyib.

O, bildirib ki, digər 90 səhmdar cəmiyyətin isə 23-nün nəzarət zərfi dövlətə məxsusdur:

"Bunların 67-sinin isə nəzarət zərfinin 30 %-i dövlətdə qalıb. Bunun da müxtəlif obyektiv səbəbləri var. Özəlləşdirilmiş 1 476 müəssisədən yalnız 434-ü, yəni 30 %-i öz profili üzrə və ya profilini dəyişdirməklə aktiv fəaliyyətdədir. Qalan 55 %-i fəaliyyətini dayandırıb. Digərləri isə öz ərazisini icarəyə verməklə fəaliyyət göstərir. Yəni həmin müəssisələrin 55 %-i özəlləşəndən sonra işləyə bilmədi. Çünki onların əksəriyyəti həm yeni dövrün tələblərinə cavab vermir, həm də əvvəlki bazarlarını itirib".

Bütün xəbərlər