Daha 5 KOB subyektinə “Startap” şəhadətnaməsi verildi

16:43 - 9.02.2023


9 fevral, Fineko/abc.az. Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) tərəfindən daha 5 KOB subyektinə “Startap” şəhadətnaməsi verilib.

ABC.AZ xəbər verir ki, bununla da “Startap” şəhadətnaməsi almış sahibkarlıq subyektlərinin sayı 86-ya çatıb.

“Startap” şəhadətnamələri "Allrent" MMC-nin evlərin icarəsi və "İncode" MMC-nin şənliklərin və toyların idarə edilməsi üçün onlayn platformaları, "AKİAB” MMC-nin biznes üçün onlayn xidmətlər və kommunikasiya platforması, “Legalaid” MMC-nin hüquq məsləhət xidmətləri üçün mobil tətbiq, "AvtomatikaAz" MMC-nin ağır tonnajlı tərəzilər üçün proqram təminatı layihələri üçün təqdim edilib.

Qeyd edək ki, “Startap” şəhadətnaməsi gəlir və ya mənfəət əldə etmək məqsədilə istehsal olunan, innovativ təşəbbüsə əsaslanan, rəqabətqabiliyyətli məhsul və ya xidmət istehsalı üçün təqdim edilir. Bu sənəd KOB subyektini şəhadətnaməni aldığı tarixdən etibarən innovasiya fəaliyyətindən əldə etdiyi gəlirlər üzrə mənfəət və gəlir vergisindən 3 il müddətinə azad edir.

Bütün xəbərlər