2018-ci ilin yanvar-may ayları üzrə sığorta bazarının göstəriciləri açıqlanıb

11:51 - 15.06.2018


15 iyun,Fineko/abc.az. 2018-ci ilin yanvar-may ayları ərzində ölkədə fəaliyyət göstərən 21 sığorta şirkəti tərəfindən 350.8 mln. manat məbləğində sığorta haqları toplanıb, 97.5 mln. manat məbləğində sığorta ödənişi həyata keçirilib.     

Könüllü sığorta bazarı üzrə haqlar 255.4 mln. manat, ödənişlər isə 69.8 mln. manat təşkil edib. İcbari sığorta bazarı üzrə haqlar 95.4 mln. manat, ödənişlər isə 27.7 mln. manat olub.

2018-ci ilin yanvar-may ayları ərzində sektor üzrə məcmu sığorta haqlarının 73%-i  könüllü, 27%-i  isə  icbari  sığorta  növlərinin  payına  düşüb. Sığorta  ödənişlərinin 72%-i könüllü, 28%-i isə icbari sığorta növləri hesabına formalaşıb.

2018-ci ilin yanvar-may ayları ərzində sığorta şirkətləri və sinifləri üzrə hesablanmış sığorta haqları və ödənişlərə dair ətraflı məlumatlar sığorta bazarının icmal göstəricilərində öz əksini tapıb.

Media orqanları əlavə məlumat almaq üçün www.fimsa.az və [email protected] ünvanına müraciət edə bilərlər.

 

Bütün xəbərlər