16:30 - 20.02.2023
20 fevral, Fineko/abc.az. İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Hərracların Təşkili Mərkəzi və Ekologiya və Təbii Sərvətlər Nazirliyi Dövlət Mineral Xammal Ehtiyatlarından İstifadə Agentliyi tərəfindən aprelin 5-də yerin təkinin istifadəyə verilməsi üzrə növbəti hərrac keçiriləcək.
Dövlət Mineral Xammal Ehtiyatlarından İstifadə Agentliyindən ABC.AZ-a verilən məlumata görə, hərracda hər biri 1 lot üzrə Abşeron rayonu “Qobu” gil yatağı, “Güzdək” əhəngdaşı yatağı, Ağdam rayonu “Qarqarçay” qum-çınqıl yatağı, Şəmkir rayonu “Alabaşlı” hematit yatağı, Göygöl rayonu “Qızılca” plagioporfir (tikinti daşı) yatağı, Ağcabədi rayonu “Şahmalı” qum-çınqıl yatağı və Qubada 3 lot üzrə “Qorxmazoba” qum-çınqıl yatağı satışa çıxarılacaq.
Hərracda iştirak etmək üçün tələb olunan sənədlərin siyahısı ilə Agentliyin (//cutt.ly/CMrvQ4L) və ya Əmlak Məsələləri Dövlət Xidmətinin rəsmi internet səhifələrində (//emlak.gov.az/cat/3) tanış ola bilərsiniz
8 Oktyabr 2024
8 Oktyabr 2024
8 Oktyabr 2024
8 Oktyabr 2024
8 Oktyabr 2024
7 Oktyabr 2024
7 Oktyabr 2024
7 Oktyabr 2024
7 Oktyabr 2024