Üç gün keçiriləcək hərraca 113 əmlak çıxarılacaq

12:21 - 22.02.2023


22 fevral, Fineko/abc.az. Hərracda alıcılar üçün seçim imkanı artır: 7, 10 mart tarixlərində keçiriləcək hərraclara 113 əmlak çıxarılacaq.

ABC.AZ xəbər verir ki, İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən mart ayında keçiriləcək hərraclara çıxarılan dövlət əmlaklarının sayı çox, çeşidi müxtəlifdir.

Növbəti ayda hərraclar 7, 10 mart tarixlərində keçiriləcək.

Martın 7-də təşkil olunacaq hərraca 15 kiçik dövlət müəssisəsi, 48 avtomobil çıxarılacaq.

Özəlləşdirilməyə çıxarılan dövlət əmlakları sırasında yardımçı təsərrüfat, hamam, iaşə obyektləri, mağaza var.

Nəqliyyat vasitələrinin əksəriyyəti Cənubi Koreya, Rusiya istehsalıdır. Avtomobillərin buraxılış tarixləri isə 1998-2013-cü illəri əhatə edir.